Fridrix Merz: sonunuz gəldi…

Almaniya kansleri Fridrix Merz İranla bağlı son dərəcə sərt açıqlama ilə çıxış edib.

Polise.az Musavat.com -a istinadən xəbər verir ki, Merz öz xalqına qarşı yalnız zorakılıq və terror vasitəsilə hakimiyyətdə qala bilən rejimin legitimliyini tam itirdiyini bildirib.

Kanslerin sözlərinə görə, belə idarəetmə forması uzunmüddətli ola bilməz və mövcud rejimin sonu artıq görünməkdədir. O qeyd edib ki, proses bir neçə həftə çəkə bilər, lakin İran hakimiyyətinin ölkəni idarə etmək üçün nə siyasi, nə də mənəvi əsasları qalıb.

Merz vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranda baş verənləri diqqətlə izləyir və xalqına qarşı sistemli zorakılıq tətbiq edən heç bir rejim gələcəkdə mövcudluğunu qoruya bilməz. Onun fikrincə, hazırkı vəziyyət İran daxilində dərin siyasi və sosial böhranın göstəricisidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button