“FSB” Çini “Rusiyaya ərazi iddiaları olan düşmən” adlandırdı…-“Nyu-York-Tayms”

“Nyu-York Tayms”(“The New York Times”) Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX- “FSB”) səkkiz səhifəlik daxili planlaşdırma sənədi əldə edib.
Moderator.az bu haqda “Mignews”-a istinadla xəbər verir.
Sənədə görə, əvvəllər ictimaiyyətə açıqlanmayan gizli “FSB” bölməsi Çini birbaşa “düşmən” adlandırır.
Sənəddə Çinin ciddi təhlükəsizlik təhdidindən bəhs edilir. İddialara görə, Çin kəşfiyyat xidmətləri fəal şəkildə rus agentlərini işə cəlb etməyə, habelə məxfi hərbi texnologiyaya çıxış əldə etməyə və rus alimlərini ələ almağa çalışır.
Bu sənəddə “FSB” iddia edir ki, Çin Qərbin silah və taktikasını öyrənmək üçün Ukraynada Rusiya ordusunun hərəkətlərini izləyir.
Ən ciddi ittiham ondan ibarətdir ki, Çin akademik dairələri Rusiyaya qarşı “ərazi iddiaları irəli sürmək üçün zəmin hazırlayır”, Çin kəşfiyyat xidmətləri isə elmi institutlardan və mədən şirkətlərindən istifadə edərək Arktikada kəşfiyyat aparır.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button