Füzuli sakini tapdığı odlu silahı polisə təhvil verib
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Polise.az-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polise.az