Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button