Füzulidə 9 erməni hərbçinin meyiti tapıldı
Qarabağda aparılan axtarış işləri zamanı Vətən müharibəsində ordumuz tərəfindən məhv edilmiş daha 9 erməni hərbçinin meyiti aşkarlanıb.
Bu barədə “armeniasputnik”ə istinadən xəbər verilir.
Məlumata görə, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Hazırda axtarış işləri Hadrut ərazisində aparılır.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 354-ə yüksəlib.



