Gələn il üçün hərbi və təhlükəsizlik xərcləri açıqlandı: 4.6 MİLYARD MANAT…
2021-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılacaq vəsait məlum olub.
Bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.
Bildirilib ki, gələn ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 4 585 806 638 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci ilin Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri üçün 3 milyard 853 milyon 600 min manat vəsait ayrılmışdı. Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çox idi.