Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Elnur Məmmədov saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib.
Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə olan “marixuana” əldə edib saxlmaqda şübhəli bilinən şəhər sakini Ramil Məmmədov saxlanılıb. Onun əlindəki çantaya baxış keçirilən zaman çəkisi 1 kq 790 qram narkotik vasitə olan “marixuana” aşkar olunub.
Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib faktlara bağlı araşdırmalar davam etdirilir.