Gəncədə təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Polis əməkdaşlarının ay ərzində apardıqları mütədami tədbirlər nəticəsində ümumilikdə 100-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Hamısını Göstər

Related Articles

Back to top button