Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a bildiriblər ki, keçirilən müvafiq tədbirləri nəticəsində 25 şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını polisə könüllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button