Gəncədə vətəndaşlar qanunsuz silahlarını polisə könüllü təhvil verib

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində 30 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könüllü təhvil veriblər. Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq bildirilib ki, Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button