Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Narkotik vasitələrdən istifadə şəxsiyyətin deqradasiyasına səbəb olur, müxtəlif cinayətlərin törədilməsinə təkan verir, genefondun pisləşməsi və bir çox digər ağır fəsadlarla nəticələnir. Bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdəndir. Bu fikirlər Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 9 nömrəli tam orta məktəbdə şagirdlərlə keçirilən görüşdə səsləndirilib.

Çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev bildirib ki, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bununla da insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu gün də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları tərəfindən qətiyyətli və barışmaz mübarizə tədbirləri həyata keçirilir. Eyni zamanda gələcək sağlam nəslin qorunması məqsədilə ümumtəhsil müəssisələrində və digər kollektivlərdə maarifləndirici görüşlər təşkil olunur.

Daha sonra çıxış edənlər bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib və məktəblilərə izahedici söhbətlərə və verilən məlumatlara həssaslıqla yanaşmağı tövsiyyə ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button