G7 ölkələri Ukraynaya 30 milyard avro yardım edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir.

Məlumata görə, müvafiq qərarın G7-nin maliyyə nazirlərinin gələn həftə Almaniyada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir. Lakin sözügedən qərarın qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda G7 ölkələri arasında bu məsələdə vahid mövqe yoxdur.

Əgər müvafiq qərar qəbul edilərsə, vəsaitlər kredit və qrant şəklində veriləcək. Bu isə o deməkdir ki, Kiyev onların yalnız bir hissəsini geri qaytarmalı olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button