Gecə Moskvanı alt-üst edən “uzaqmənzilli yağış” – Şəhər cəhənnəmə çevrildi

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva regionuna genişmiqyaslı hücumu təsdiqləyib.
Polise.az xəbər verir ki, Zelenski Ukraynanın uzaqmənzilli zərbələrinin ciddi nəticə verdiyini bildirib.
Onun sözlərinə görə, Rusiyanın neft sənayesinin əsas müəssisələrindən biri və logistika obyekti vurulub. Zelenski həmin obyektlərin Rusiyanın hərbi maşınını milyardlarla dollarla təmin etdiyini bildirib. pizza hut
Ukrayna prezidenti hücumda istifadə olunan vasitələrin də adlarını açıqlayıb: FP-1, RZ-100, MICH-2000, “Palyanitsa”, Vendetta, “Lyutıy”, “Bars”, “Flamingo”, “Siçen” və Pelican.
Pelican-la bağlı əvvəlcə onun Ukraynanın yeni ballistik raketi ola biləcəyi barədə məlumatlar yayılıb. Lakin RBC-Ukrayna mənbələrinin məlumatına görə, Pelican ballistik raket deyil, təyyarə tipli PUA-dır./Musavat.com



