General yeni vəzifəyə təyin edildi
Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, o, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib.
Hələlik Cəmşid Naxçıvanski adına Hərbi liseyə yeni rəis təyin edilməyib.