Generala yeni vəzifə verildi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dünən general-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalova yeni vəzifə verib.

Nazirin müvafiq əmri ilə Raul Zeynalov Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə general-mayor FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, Raul Zeynalov 27.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.

Bakı Dövlət Universitetini bitirib.

Ailəlidir, iki övladı var.

Hamısını Göstər

Related Articles

Back to top button