Generalın qətlində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun qətli ilə bağlı Özbəkistan vətəndaşı saxlanılıb.
Bu barədə “Report”un Rusiya bürosu Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadən xəbər verir.
Qeyd edək ki, general Moskvada törədilən terror aktı zamanı öldürülüb.
Polise.az