Generallar müharibəni dayandırmağı istədi
Rusiyalı generallar prezident Vladimir Putinə Ukraynadakı müharibəyə son qoymaq istəyi ilə məktub yazıblar.
Bu barədə hərbi ekspert Oleq Jdanov danışıb.
Onun sözlərinə görə, məktub Rusiya liderinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vasitəsilə çatdırılıb. Generallara cavab olaraq V.Putin “əməliyyat”ın davam edəcəyini bildirib.
Rusiya Prezidenti həmçinin məktubda imzası olan generalların siyahısını tələb edib.(Mənbə: Segodnya.ua).
Bu arada Rusiya prezidenti Putin səs-küyə səbəb olacaq addım atıb. Belə ki, Kiyev kəşfiyyat mənbələri tərəfindən Buça qətliamının baş şübhəlisi kimi qiymətləndirilən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekov və onun tabeliyində olan əsgərlərlə bağlı qərar qəbul edilib. Belə ki, Putin 64-cü motoatıcı briqadaya “qvardiya” rütbəsi verib.
Rusiya prezidentinin imzaladığı sərəncamda sözügedən birliyin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib. Putinin bu addımı qısa zamanda dünya ictimai rəyində reaksiyalara səbəb olub.