Gil Mixaeli: Azərbaycan və Fransa münasibətlərin bərpası üçün potensiala malikdir

Azərbaycan və Fransa münasibətlərin bərpası üçün potensiala malikdir. Bu gün keçirilən “Ermənistan-Azərbaycan münaqişəsində Fransanın rolu” adlı konfrans bunun təsdiqi olub.
Polise.az xəbər verir ki, bunu “Conflicts” jurnalının direktoru Gil Mixaeli tədbirin yekununda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, belə bir tədbirin təşkili Azərbaycannın Fransa ilə münasibətləri müzakirə etməyə çalışdığını göstərir.
“Mən nəzərdə tuturam ki, Azərbaycan sadəcə “nə etmək olar, bu işləmir, bizim başqa prioritetlərimiz var” deyə bilərdi. Amma o bunu etmədi. Tənqidlərə, bəlkə də kədər və ya qəzəbə baxmayaraq, qarşılıqlı maraq yüksək olaraq qalır. Mən hesab edirəm ki, məhz bunun üzərində dialoq qurmaq olar. Fransa və Azərbaycan daha yaxşı vaxtlar da yaşayıb, amma onlar düşmən deyillər”, – o qeyd edib.
Polise.az