Gizli missiya Yerin nadir fotosunu yayımladı

ABŞ Kosmik Qüvvələri Yerin kosmosdan çəkilmiş nadir fotosunu yayımlayıb.
Teleqraf xəbər verir ki, foto X-37B kosmik gəmisindən çəkilib.
Foto ABŞ Kosmik Qüvvələrinin X səhifəsində yerləşdirilib və bu, gizli missiya tərəfindən ictimaiyyətə açıqlanan ilk şəkildir.
Kosmik gəmi 2023-cü ilin dekabrında kosmosa buraxılıb. Amma bu missiyanın məqsədləri ilə bağlı çox az təfərrüat açıqlanıb.