Gömrük Komitəsinin yeni binasını su basdı – Sənədlər və kompüterlər məhv oldu + VİDEO

Dövlət Gömrük Komitəsinin (DGK) ötən ay istifadəyə verilən yeni inzibati binasını su basıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada keyfiyyətsiz çəkilən su xəttinin partlaması nəticəsində komitənin struktur bölmələrinin əməkdaşları üçün nəzərdə tutulan otağa ciddi ziyan dəyib. 

Həmçinin Dövlət Gömrük Komitəsinə məxsus mühüm sənədlər məhv olub, hər birinin bazar dəyəri 6-10 min manat olan bahalı kompüterlər sıradan çıxıb.

Dövlət Gömrük Komitəsindən isə binunla bağlı olaraq bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib və tez bir zamanda aradan qaldırılıb.

 

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button