Goranboy FHK sədri: Xoşbəxtlikdən heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur

2 sentyabr 2026-cı tarixdə gecə saatlarında Goranboy rayonunun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Hadisədən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası toplantı keçirib və hadisə olan əraziyə yollanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu sözləri Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavin, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Seymur Nazarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rayon İcra Hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlər həyata keçirilib:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların səyi ilə yanğın hadisəsinin genişlənməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər görülüb. Vacib məsələlərdən biri, qeyd etdiyim kimi, əhalinin təhlükəsizliyinin təmin olunmasıdır ki, bununla bağlı da bütün zəruri tədbirlər həyata keçirilib.

Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi əməkdaşlarından ibarət stasionar postlar qurulub, kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur.

Xoşbəxtlikdən hadisə zamanı heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur. Əhali tam təhlükəsiz qaydada və şəraitdə, təhlükəsiz ərazilərdə nəzarətdə saxlanılır. Yanğının söndürülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər. Həmin ərazi qapalı məkan olduğuna görə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button