Goranboy sakinləri silahlarını könüllü təhvil veriblər
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayonun Xoylu, Alpout, Safıkürd və Veyisli kəndlərinin sakinləri müxtəlif markalı və kalibirli, müvafiq sənədləri olmayan ov tüfəngləri könüllü olaraq polis şöbəsinə təhvil veriblər.