Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən rayonun Borsunlu kənd sakini Elçin Vəliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurdulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evindən bir ədəd elektron tərəzi və narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslə bağlı Goranboy RPŞ-də araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button