Goranboyda yol qəzası: Üç nəfər xəsarət aldı

Teleqraf.com-un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Balakürd kəndində baş verib.
Belə ki, hadisə nəticəsində “VAZ-21011” və “VAZ 21099” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobildə olan Bakakürd kənd sakinləri Cəfərov Cavid Alım oğlu, onun sərnişini Abduləzimov Eşqin Samir oğlu və “VAZ21099” markalı maşında olan Yeni Yol kənd sakini Hüseynov Sənan Eldəniz oğlu xəsarət alıblar. Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.
Polise.az








