Göyçay sakinindən narkotik götürülüb

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada kustar üsulla hazırlanmış 170 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Götürülən maddi sübut  müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button