Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimov dəfn edilib
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovla Göyçay rayonunun Müskürlü kəndində keçirilən vida mərasimi başa çatıb.
Polise.az-ın məlumatına görə, şəhidin nəşi Müskürlü kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
Polise.az -ın məlumatına görə, şəhidin nəşi Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İlqar Şaiq oğlu Rəhimov 1973-cü il mayın 13-də Göyçay rayonunun Müskürlü kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
İ.Rəhimov Müskürlü kənd qəbiristanlığında dəfn olunacaq.
Polise.az