Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı Ulaşlı Şıxlı kəndində Rəvan Daşdıyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı R.Daşdıyev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button