Göyçayda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan narkotik tərkibli çətənə kolları aşkarlanıb.Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.