Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-yə YOLA DÜŞDÜ

Bu gün İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək və ölkəsinin mövqeyini bəyan etmək üçün Tehrandan Nyu-Yorka yola düşüb.

Polise.az xəbər verir ki, səfər çərçivəsində Pezeşkianın sessiyada iştirak edən bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

O, həmçinin ABŞ-dəki İran icmasının nümayəndələri, amerikalı ekspertlər və beyin mərkəzlərinin təmsilçiləri ilə də bir araya gələcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 17-də Nyu-Yorkda “Etimadın bərpası” mövzusunda işinə başlayıb.

Daha əvvəl ABŞ-nin BMT Baş Assambleyasında iştirak etmək üçün yüksək səviyyəli İran nümayəndə heyətinin bəzi üzvlərinə, o cümlədən Pezeşkianın media qrupunun əməkdaşlarına viza verməkdən imtina etdiyi bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button