Gözlər Moskvada! Bu gün “3+2” formatında ilk görüş keçiriləcək

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk görüşü baş tutacaq.

Toplantıya bu ölkələrin xarici işlər nazirlərinin müavinləri qatılacaq.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.

Qeyd edək ki, danışıqların “3+3” formatında keçirilməsi təklif olunurdu. Lakin Gürcüstan bu toplantıya qatılmaqdan imtina edib.

Hamısını Göstər

Related Articles

Back to top button