“Grand Kartal”dakı yanğınla bağlı 15 nəfər həbs edildi, 5 şübhəli ədliyyəyə gətirildi – Yeniləndi

Boluda 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə əlaqədar nəzarətə alınan 5 şübhəli ədliyyəyə gətirilib.

Polise.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bələdiyyə sədrinin müavini Sedat Gülənər və Xilasetmə Müdirinin müavini Kənan Coşkun da daxil olmaqla 5 şübhəli İl Jandarma Komandanlığında əməliyyatların ardından Bolu Ədliyyəsinə sövq edilib.

İstintaq çərçivəsində daha əvvəl saxlanılan otel sahibi Halit Ergül, şirkətin baş direktoru Emir Aras və otel müdiri Zeki Yılmaz da daxil olmaqla 15 nəfər həbs edilib, 6 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

***

12:37

Türkiyədə dağ-xizək kurortunda baş verən yanğınla bağlı 15 nəfər həbs edilib.

Polise.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Saxlanılanlar arasında Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər və Xilasetmə İdarəsinin müdir müavini Kənan Coşqunun da olduğu bildirilir. Həmçinin otelin sahibi də həbs edilib.

Yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub. Qonaqların çoxu kəndir kimi bir-birinə bağlanmış çarşaflardan istifadə edərək yanan oteldən qaçmağa çalışıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button