Güllələnən müəllim evə buraxıldı

Fevralın 6-da “İdrak” liseyində şagirdin yaraladığı müəllim evə buraxılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası vasitəsilə Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) fevralın 16-da ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edilib ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Xatırladaq ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button