Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağını gözləyir
Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağına ümid edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili bildirib.
“Azərbaycanda neft zavodlarının modernləşdirilməsinin faktiki olaraq başa çatdırılması ilə bağlı Gürcüstan tərəfi tədarükün artacağını düşünür”,- deyə Vaxtanq İobaşvili bildirib.
Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.
Polise.az