Gürcüstan KİV: “Qaribaşvili baş nazir postundan istefa verir”

Gürcüstan KİV-də Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bu barədə yerli “Pirveli TV” etibarlı mənbəyə istinadən məlumat yayıb.

Qaribaşvilinin istefası ilə bağlı xəbər hakim “Gürcü arzusu”nun oktyabrın 2-də keçirilən bələdiyyə seçkilərində regionlarda uğursuz nəticələr əldə etməsi ilə əlaqələndirilir. Buna beynəlxalq qalmaqal da əlavə olunub.

Qeyd edilir ki, İ.Qaribaşvilini ölkənin hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edəcək.

“Pirveli TV” səhər saatlarından əksər deputatlardan şərh almağa çalışsa da, onlar bu barədə heç bir şey bilmədiklərini deyiblər.

Hamısını Göstər

Related Articles

Back to top button