Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

Polise.az  xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, o, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə gəlib.

Gürcü KİV-nin yaydığı məlumata görə, bu dəfə İrakli Qaribaşvilini Baş nazir postunda hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button