Gürcüstanın xarici işlər naziri: Əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir
Bizim əsas məqsədimiz iki dost, qardaş ölkə ilə birlikdə regionda sülhü və sabitliyi təmin etməkdir.
Polise.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai telekanalının (1tv.ge) efirində bildirib.
Onun sözlərinə görə, Gürcüstan keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində tərəfsiz oyunçu rolunu uğurla həyata keçirir.
Nazir münaqişəsinin çox çətin və kompleks olduğunu vurğulayıb, ötən illər ərzində Gürcüstanın bu təbii rolu oynamağa çalışdığını qeyd edib.
Bildirib ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xüsusi səyləri sayəsində konkret nəticələr əldə edilib.
Polise.az