“Hərbi çevrilişi çıxış yolu kimi gündəmə gətirənlər dövlətin məhvinə səbəb olacaq”

“Ordunun ən yüksək komandanlığının qəzəbini, ordunun öz səlahiyyətlərindən kənar siyasi proseslərə müdaxilə etmək mövqeyini tamamilə başa düşürəm. Bunun səbəbi Baş naziri alçaldıcı məğlubiyyətdə ittiham etməkdən başqa bir şey deyil”.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Ilur.am. portalına verdiyi açıqlamada bildirib.

O deyib ki, “Bəzi qüvvələrin konstitusiyaya zidd hərəkətlərə təhrik etmək çağırışlarına cavab olaraq ordunun təmkinli davranışını alqışlamaq istəyirəm. Bu cür davranışı ordu rəhbərliyinin dövlət zehniyyətinin nümunəvi təzahürü, ölkəni dağıdıcı zərbələrdən uzaq tutmaq üçün dürüst bir səy kimi qəbul edirəm ki, bu da bütün millətimizin səmimi təşəkkürünə layiqdir”.

L.Petrosyan vurğulayıb ki, bəzi siyasətçilər məsuliyyətsiz açıqlamaları ilə Cənubi Koreya, Misir kimi dövlətlərdəki hərbi çevrilişi nümunə kimi gündəmə gətirməklə böyük səhvə yol verirlər.

O hesab edir ki, “Hərbi çevrilişi dövlətin gücləndirilməsi üçün çıxış yolu kimi göstərənlər son dərəcə təhlükəli mövqe sərgiləyirlər. Əlbəttə, bu kimi nümunələr var, ancaq çevrilişlərin dövri hala keçməsi, sözün əsl mənasında dövlətin məhvinə səbəb olar. Biz oxşar nümunələr gətirə bilərik: Məsələn, Əfqanıstan, Sudan, Nikaraqua, Haiti, Dominik Respublikası, İraq, Liviya, Somali kimi dövlətlərdə hərbi çevriliş mütəmadi hal aldığından bu ölkələrdə dövlətçilik institutu məhv edilib. Buna görə hesab edirəm ki, bütün ermənilərin vəzifəsi Ermənistanı adıçəkilən dövlətlərin siyahısına daxil etməmək olmalıdır”.

Hamısını Göstər

Related Articles

Back to top button