Həbs edilən baş həkim generalın qohumudur

Dünən gecə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla həbs edilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev bu posta yüksək vəzifədə işləyən yaxın qohumu vasitəsi ilə təyin olunub.

Məlumatlı mənbədən daxil olan informasiyaya görə, İ.Ağayevin FHN-də nazir müavini olan  general-leytenant Faiq Tağızadənin qohumudur.

Baş həkim bundan əvvəl Gömrük Komitəsinin Mərkəzi Hospitalının stomatoloqu olub.

O, 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi, Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür. 

Hamısını Göstər

Related Articles

Back to top button