Həbsdəki generallar Prezidentdən əfv istəyir – “Peşimanıq…”
Hazırda 9 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general Elçin Quliyev və nazirliyin Monitorinq Mərkəzinin rəisi olmuş general Teymur Quliyev Prezident İlham Əliyevə əfv ərizəsi ilə müraciət ediblər.
Əfv ərizəsində hər iki şəxs törətdiyi əməllərindən peşimançılıq hissi keçirdiklərini, çəkdikləri cəzanın nəzərə alınmasını və azadlığa buraxılmalarını xahiş ediblər.
Qeyd edək ki, hər iki general sabiq nazir Eldar Mahmudovun dövründə nazirlikdə formalaşan mütəşəkkil cinayətkar dəstənin əsas simalarından olub.