Hədəfdəki iki başçı: Süleyman Mikayılovla Asif Əsgərov finişə yaxınlaşırlar

DTX-nın ağ niyyətli qara maskalılarının Qaradağ və Nəsimi icra hakimiyyətlərinə “qonaq” gedəcəkləri çox çəkməyə bilər

Azərbaycanda korrupsioner məmurların həbsi prosesi çox böyük maraqla izlənilir. Prezident İlham Əliyevin kəskin çıxışları fonunda icra başçıları həbs olunur, nazirliklərdə həbslər gerçəkləşdirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin 2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, habelə, Yevlax şəhərinin keçmiş icra başçısı Qoca Səmədovu saxlayandan sonra bir çoxları prosesin başa çatdığını düşünürdü. Amma bitmədi. DTX-nın bir gün sonra yaydığı məlumatlarda deyilirdi ki, Quliyev, Səmədov və digər şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər və vəzifə səlahiyyətlərindən sui-istifadə, dəfələrlə böyük ölçüdə rüşvət alma, mənimsəmə və Cinayət Məcəlləsində nəzərdə tutulmuş digər cinayətlərdə şübhəli şəxs qismində saxlanılıblar.

İllərdir Azərbaycanda icra hakimiyyətlərinin başçılarından şikayətlər səngimək bilmir. Məsələn, 2012-ci ildə Qubada, 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyaları da məhz yerli icra hakimiyyətlərinin fəaliyyətinə olan etiraz idi. Yerlərdə icra başçılarının fəaliyyəti ümumilikdə başçıların feodal təfəkkür sahibi obrazını formalaşdırmışdı. Ancaq Ağstafanın icra başçısının və onun müavininin birbaşa kabinetində, eləcə də Yevlaxın keçmiş icra başçısının saxlanılması və onların korrupsiyada ittiham olunması xeyli marağa və təəccübə səbəb oldu. Bundan sonra isə DTX qara maskalıları digər icra hakimiyyətlərində də bir-birindən uğurlu əməliyyatlar keçirildi. İş yerində, hətta evində rüşvət alan icra başçıları qandallandı. Az keçmədi ki, İcra Hakimiyyətindəki əməliyyatlar mərkəzi icra orqanlarına da sirayət etdi. Mədəniyyət və Xarici İşlər Nazirliklərindəki korrupsiya bataqlıqlarının “qurudulması” üçün addımlar atıldı. Maraqlıdır ki, məmurlar sanki kar və kordurlar. Prezidentin çıxışları bu adamların qulaqlarına heç çatmır sanki.

Məsələn, Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı prezident deyib:

“Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.

Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.

Prezidentin bu çıxışından 1 ay sonra DTX məlumat yayaraq iyulun 3-də XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə “rüşvət alma faktlarına” görə həbs edildiklərini açıqladı.

Dövlət başçısının çıxışlarındakı anonslar onu deməyə əsas verir ki, məmur həbsləri davamlı olacaq, korrupsiyaya bulaşmış hər bir məmur başının üstündə DTX-nın qaramaskalı əməliyatçılarını görə biləcək. Bununla belə əli təmiz olmayan, illərlə oğurlamağa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə vərdiş etmiş məmurlar var ki, hər addımda vətəndaşın cibini kəsirlər.

Növbəti icra başçısı CƏZALANDIRILDI – Turkustan.info
Süleyman Mikayılov

Bəs icra hakimiyyəti başçılarının, digər məmurların həbsi, işdən çıxarılması nə vaxta kimi davam edəcək?

Xatırladaq ki, Arif Qasımov 10 gün əvvəl Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. O, 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. Daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Bakının Qaradağ rayonunda da vəziyyət fərqli deyil. İcra başçısı Süleyman Mikayılova töhmət verilsə də, durum dəyişmir. Onun adı indiyədək ən qalmaqallı məsələlərdə hallandırılıb. Ekspertlər bildirir ki, Qaradağın icra başçısı Süleyman Mikayılov çoxdan vəzifədən çıxarılmalı idi. Onun indiyədək öz işində qalması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Görəsən Asif Əsgərov 1-ci müavinini deputat seçdirə biləcəkmi ...
Asif Əsgərov

Vəzifədən qalmaqallı çıxarılacaq icra başçıları siyahısında bir nəfərin də adı tez-tez hallandırılır. Bu, Nəsimi Rayon İcra hakimiyyəti başçısı Asif Əsgərovdur. O, uzun illərdir icra başçısı vəzifəsində çalışır. 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub. 2009-cı ildən 2015-ci il tarixə qədər Bakının Səbail rayonuna rəhbərlik edib. Həmin ildən bu günə kimi isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. Asif Əsgərovun da adı vaxtaşırı korrupsiya və rüşvət qalmaqallarında hallanır. Son həbslərdən sonra Qaradağın və Nəsiminin icra başçılarının da işdən çıxarılacaqları, həbs ediləcəkləri deyilsə də, çanaq Arif Qasımoun başında çatladı. Amma Süleyman Mikayılovla Asif Əsgərovun yaxın zamanda biabırçı şəkildə işdən çıxarılacaqları istisna edilmir. 

Məmurlara bu cür tələbkarlıq, onlara töhmət verilməsi, yeri gələndə həbsə alınmaları əhali arasında rəğbətlə qarşılanır. Prezident İlham Əliyev çıxışlarında daim məmurlara xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayır.

Sitat: “Mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir. Eyni zamanda, belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin…”

Prezidentin çıxışları onu deməyə əsas verir ki, hər bir korrupsioner məmur qapısında, başı üzərində DTX maskalılarını gözləməlidir.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button