Həkimi şantaj edən reket jurnalistin səs yazısı yayıldı

Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib.

Belə ki, “Korrupsiyaya son” qəzetinin təsisçisi Hacı İbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişanın təqdim ediləcəyini bildirib. Daha sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.

Akif Əyyubov pul vermək imkanının olmadığını bildirdikdən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.

Baku TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını bildirib.

Qeyd edək ki, “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğludur. O, 2010-cu ildə “Bakısərnişinnəqliyyat” MMC-nin əməkdaşını şantaj etdiyinə görə saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29, 178.2.1 və 310-cu maddələri ilə cinayət işi qaldırılıb. O, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şəhid ailələrinə müraciət edərək onların övladları barədə məlumat hazırlayacaqlarını deyən və həmin ailələrdən bunun qarşılığında pul tələb edən “Şəhid” TV də görünür ki, bu qəzetə məxsusdur. Və bu kanalın direktoru isə Vüqar Abbasovdur. 

Hamısını Göstər

Related Articles

Back to top button