Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı
Erməni güləşçi, Qarabağda seperatçıların cərgəsində vuruşan Miqran Arutyunyanın “Şuşadan salamlar” başlığı ilə paylaşdığı fotonun saxta olduğu sübut edilib.
Bu barədə “Baku TV” süjet hazırlayıb.
Erməni güləşçinin daxili auditoriyaya hesablanmış və guya Şuşa şəhərinə nəzarətin erməni tərəfinin əlində olmasını “sübuta yetirən” fotosu əslində Xankəndi şəhərində çəkilib.
Miqran Arutyunyanın Şuşa kimi qələmə verdiyi yer Xankəndidə yerləşən “Florence Garden” adlı restoranın qarşısı olub.