Hərbçilərin bu xərcləri ödənilə bilər
Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilər üçün nəqliyyat xərclərinin müəyyən edilməsi təklif olunur.
Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində məlumat verilib.
Sənəddə yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nqəliyyat xərclərinin müəyyən edilməsi təklif olunub.