Həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonunun Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı S.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button