“Haber Global”da Gəncənin raket zərbəsi ilə vurulması anının görüntüləri yayımlanıb

Ermənistan silahlı qüvvələrinin Gəncəyə qarşı təxribatı təhlükəsizlik kameralarına düşüb.
Bu barədə videogörüntüləri “Haber Global” yayıb.
Humanitar atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki şəxslərə qarşı təşkil etdiyi hücumun görüntülərindən aydın olur ki, həmin vaxt ərazidə gəzən şəxs də ağır xəsarət alıb.
Ümumilikdə hücum zamanı 9 nəfər mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb.
Eyni zamanda, bir çox mülki bina və obyektlərə zərər dəyib.