Hacıqabul sakinindən odlu silah aşkarlandı

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button