Hacıqabul sakininin üzərindən narkotik maddə və odlu silah aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan polise.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı  kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button