Hacıqabulda rabitə dirəklərindən kabelləri oğurlayan şəxs saxlanılıb

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  Polise.az -a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rabitə dirəklərindən 10000 manat dəyərində 1750 metr TPP tipli kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrahimov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb. Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Bundan əlavə, saxlanılan zaman keçirilən şəxsi axtarış zamanı ondan heroin də aşkarlanıb.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button