Hacıqabulda yol qəzasına düşən qardaşlar koma vəziyyətindədirlər
Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.
Polise.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və onun qardaşı, 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğlu xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.
Polise.az