Hacıyev Ermənistanla münasibətlərdən danışdı: Üçüncü ölkənin bölgədə olması…
Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, – deyə o söyləyib.